03 Ağustos 2021 Salı Saat:
13:05
17-07-2021
  

Qalibiyyətin Sirri..

Ordumuzun, igid əsgərlərimizin, hərbiçilərimizin işi haqq işi idi.

Facebook da Paylaş

 

 

 

 

 

Ehlader Araştırma Bölümü

Məmmədova Sərvinaz

 

Dövrün gənclərini "Hüseyn" məktəbindən, "Kərbəla" məktəbindən uzaq salıb, çirkin işlərə sövq edənlər bilirlər ki, bu məktəb insanlara nəyi aşılayır, neyi tərbiyə edir. Ona görə də istəmirlər gençler bu mektebde terbiye alsınlar. Çünkü əgər izn versələr, o zaman dünyada zalımlar hökmranlıq edə bilməzlər.

 

Bəli, İmam Hüseyn məktəbi bütün insanlara dürüstlük, mərdlik, kişilik, qeyrət, cəsarət, hünər,haqq naminə sonu ölüm belə olsa,zalimlarla mübarizə aparmağı öyrədir. Kim bu mektebin şagirdi olursa, bütün dünya ondan ehtiyat edir, qorxur. Allah bu mektebin şagirdlərinə elə bir güc verib ki, onlar üçün keçilməz dağ belə yoxdur.

 

Azərbaycanın "44 günlük vətən müharibəsi" bunun əyani sübutudur. Azərbaycan ordusunun şanlı qələbəsinin ən böyük sirri hərbiçilərimizin, əsgərlərimizin Hüseynçi, İmam Hüseyn aşiqi olması, Kərbəla məktəbinin, İmam Hüseyn məktəbinin şagirdi olmaları idi. Çünki bu məktəb onlara öyrədib ki, haqq uğrunda zülmlə, zülmkarla sonu ölüm belə olsa, sonuna qədər mübarizə apar.

 

Bəli, bizim ordumuzun, igid əsgərlərimizin, hərbiçilərimizin işi haqq işi idi. Onlar ölümün üzünə dik baxaraq düşmənin üzərinə yürüdüler. Bu yolda çoxları şəhadətə qovuşdu, amma amallari həyata keçdi. Ermənistan haqsız davada haqlı ordumuzu məğlub etmək istəyirdi, amma Allah da bütün dünyaya göstərdi ki, haqq incələr, incələr, amma qırılmaz.! Bütün dünya Azərbaycanın, ordumuzun, xalqımızın haqlı olduğunu və bu yolda ölümünə belə olsa, dönmeyeceğini gördü. Bu, İmam Hüseyn məktəbinin, Kərbəla məktəbinin yetirdiyi igid oğullar sayəsində oldu.

 

İndi görün!! Ey dünya, ey cəhan, ey hegemon dövlətlər, indi görün Hüseynçiler kimdi! Görün ki, Allah onlara necə bir güc verib.

 

Ermənilərin 4 il ərzində bizdən qopardıqları, işğal etdikləri torpaqları 44 gün ərzində geri qaytardılar. Budur Hüseyn məktəbinin yetirdiyi igid Azərbaycan oğulları!!! Rəşadətli Azərbaycan ordusu var ol.

 

Yaşasın Hüseyn məktəbinin Azərbaycan oğulları.

 

 

 

 

Facebook da Paylaş
YORUMLAR
Henüz Yorum Yok !
Kategorideki Diğer Haberler