21 Eylül 2021 Salı Saat:
10:32
12-05-2021
  

Qüds

Əslində, Fələstin və Azərbaycan arasında heç bir fərq yoxdur.

Facebook da Paylaş

 

 

 

 

 

Qüds; Müsəlmanların ilk qibləgahı, tarix dəftərçəsinin qəmli tarixi, Siyonist rejim-İsrail'in qan dəryasına çevirdiyi bu şəhər müsəlmanların qəlbində böyük yaraya çevrilmişdir.

 

Mən sizə iki müsəlman dövlətinin işğalçı dövlətlərlə apardığı mübarizədən danışmaq istəyirəm. (Azərbaycan və Fələstin’dən)

 

Əslində, Fələstin və Azərbaycan arasında heç bir fərq yoxdur. Hər iki dövlətin tarixçəsinə nəzər salsaq görərik ki, tarixdən günümüzədək işğalçı rejim tərəfindən əraziləri mənimsənilib, işğal edilib, əhalisinə qarşı terror təxribatları törədilmişdir. Hər iki dövlətin ərazisində işğalçı rejimə torpaq ayrılıb və öz dövlətlərini qurmaq imkanı verilibdir.

 

İsrail- Fələstin Münaqişəsi:

 

1947-ci il noyabrın ayinda BMT Baş Məclisi Fələstinin bölünməsi və onun ərazisində yəhudi və ərəb dövlətinin yaradılması haqqında qərar qəbul etdi. Qərb dövlətlərinin dəstəyi sayəsində 1948- ci ilin mayında yəhudilər üçün ayrılmış Fələstin ərazisində müstəqil İsrail dövləti yarandı. Çox keçmədi ki, İsrail Fələstin dövləti üçün ayrılmış ərazinin bir hissəsini işğal etdi. Həmin vaxtdan indiyədək həll olunmamış Fələstin- İsrail münaqişəsinin əsası qoyuldu.

 

Ermənistan- Azərbaycan Münaqişəsi:

 

1918-ci il may ayinda erməni nümayəndələri Azərbaycan Milli Şurasına müraciət edərək İrəvanın siyasi mərkəz kimi onlara verilməsini istədilər. Böyük dövlətlərin təzyiqi ilə ermənilərin müraciətinə 1918- ci ilin mayın 29-da müsbət cavab verildi. Əvəzində ermeniler Dağlıq Qarabağa və digər Azərbaycan bölgələrinə iddialarından birdəfəlik əl çəkməyi vəd etdilər. Lakin sonralar ermənilər Azərbaycanın əzəli torpaqlarını mənimsəməyə başladılar. 1990-ci illərdən artiq erməni qəsbkarları əsassız iddialarla Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdilər.

 

Tarixi qələbəmizin əsasını qoyan 2020- ci il 44 günlük vətən müharibəsi erməni terrorçularının iç üzünü bütün dünyaya göstərdi. Tək Gəncə hadisəsi-günahsız körpələrin erməni terrorunun qurbanı olması bu işğalçı dövlətin terror ölkəsi olduğunun sübutudur.

 

Hal-hazırda Fələstində baş verən hadisələrin gedişində körpə uşaqların sionist rejimin qurbanına çevrilməsinin şahidi oluruq.

 

Amma nədənsə dünya birliyi həmişə özünü terrorçulara qarşı mübarizə aparırmış kimi göstərsə də, terror təxribatlarının qarşısında öz susqunluğunu qoruyur. Azərbaycan haqlı mübarizəsində qalib gəldiyi kimi əminik ki, Fələstin də qalib gələcək. Buna heç kimin şübhəsi olmasın. Allah müsəlmanlari Xeybərin fəthi ilə mükafatlandırdığı kimi Qüdsün yenidən fəthi ilə mükafatlandıracaq. İn şə Allah.

 

Allah Fələstin xalqının yar və yardımçısı olsun. Amin.

 

Tezliklə sionizmin kökü yer üzündən silinəcək. İn şə Allah.

 

Hey hat minnəz zillə

 

Məmmədova Sərvinaz

12.05.2021

Azerbaycan

Facebook da Paylaş
YORUMLAR
Henüz Yorum Yok !
Kategorideki Diğer Haberler